Səni sevirəm, çünki...
 
یاشاسین آذربایجان
به وبلاگ ترک گروپ خوش آمدید لطفاً نظر دهید.منتظر تمام انقادات و پیشنهادات شما هستیم.
دو شنبه 2 ارديبهشت 1392برچسب:Səni sevirəm, çünki,,,, :: 15:34 ::  نويسنده : هک شده توست ترک گروپ (سروش)
 


Səni sevirəm çünki...


Səni sevirəm, çünki hər səhər oyandığımda bir günü daha səninlə keçirəcək olmağın sevincini yaşadırsan mənə. Mən hər günə səninlə başlayıram, səninlə bitirirəm… Səni sevirəm, çünki səninlə hər gün hayatı yenidən kəşf edirəm. Mənə hər gün kəşf ediləcək bir şey verirsən mütləq. Nəfəs belə almadan kəşf macəralarının yorulmaz səyyahı oluram… Səni sevirəm, çünki məni dünyanın ən xoşbəxt insanı edirsən. Xoşbəxtliyə yenidən ad versəm, sənin adını çəkərəm. Səni sevirəm, çünki ən gözəl zamanlarımın sahibisin sən. Səninlə keçirdiyim qısacıq anlar belə unudulmaz olar. Bitməsin istəyirəm, yoxsan? O zaman keçməz dəqiqələr, bir işgəncəyə dönüşər zaman… Səni sevirəm, çünki bir rəssamın çəkə biləcəyi ən gözəl tablosan sən. Rənglərinlə ovsunlayırsan məni, heyran heyran baxıram sənə. Ya da bir şairin yaza biləcəyi ən mənalı şeir, sevdanı və eşqi anlatan… Səni sevirəm, çünki illərdir gizlədiyim eşq kəlmələrini ortaya çıxardın. Qiymət bilməz ürəklərdən gizlədiyim o kəlmələri indi korxmadan, qürurla söyləyə bilərəm. Bilirəm ki bir tək sən laiqsən onlara…

 

Səni sevirəm çünki...


Səni sevirəm, çünki eyni anda butüm mövsümləri yaşadırsan mənə. Əllərini tutduğumda yaz, saçlarına toxunduğumda bahar. Bəyazlığınla qışimsan, eşqimizi sulayan bərəkətli yağışlarınla sonbahar… Səni sevirəm, çünki sorgulamırsan məni. Olduğum kimi qəbul edirsən, səflərimlə. Dəyişdirmək yerinə anlamağa çalışırsan məni… Səni sevirəm, çünki qorxmadan açıram ürəyimin qapılarını sənə. Bilirəm ki hoyrat davranmayacaqsan, bilirəmki qanadlanmayacaqsan... Səni sevirəm, çünki içimdəki yaramaz uşağı ortaya çıxarmağı bacarırsan. Mənimlə uşaqlaşırsan sən də. Hayatı bu qədər ciddiyə alanlara inad oyunlar oynayırıq birlikdə, bezmədən, utanmadan… Səni sevirəm, çünki mən qaranlıqda yolunu itirmişkən, hara gedəcəyini bilməyən biriykən, ışığınla aydınlatdın yolumu. Mənə hayatı verdin əllərinlə, eşqi hədiyyə etdin. Keçmişə dair bütüm acı izləri sildin… Səni sevirəm, çünki xəyanət yox sevgimizdə, yalanlarla hörülmüş yalan duyğular yox. Birbirimizi aldatmadan, ən çılpaq halımızla yaşıyırıq bu eşqi. Onsuzda eşq dediyin belə yaşanmalı.Səni sevirəm, çünki qarşılıqsız sevməyin nə olduğunu bilirsən.”İlk sən məni sev, mən səni daha sonra sevərəm” demirsən. Açırsan ürəyini cəsurca. Cəsarətinlə məni özünə heyran qoyursan…

 

Səni sevirəm çünki...


Səni sevirəm, çünki təbiətdəki hər canlıya sevgiylə baxa bilirsən, üşümüş bir küçə pişiyi görəndə belə içinin necə acıdığını bilirəm. Hər canlıya kömək ola bilmək üçün çırpınırsan… Səni sevirəm, çünki qısqanırsan məni. Elə yerində qısqanırsan ki bu çox xoşuma gəlir. Nə çox sıxırsan məni, nə də heç qısqanmayaraq vecsiz görünürsən… Səni sevirəm, çünki nə ağlarkən gözyaşını, nə də gələrkən qəh qəhəni gizləmirsən. Ürəyinin ən dərin yerlərindən gələn agrıyla ağlayır, ağız dolusu gülə bilirsən…Səni sevirəm, çünki mənimlə yağışda gəzirsən. Bu bənzərsiz romantizmə ortaq olursan. Yağmur səni ıslatsa belə o an mənimlə birlikdə olduğun üçün tanrıya bir kəz daha şükr edirəm… Səni sevirəm, çünki kiçik şeylərdən büyük sevinclər doğa biləcəyini öyrətdin mənə. Hayatını həmişə o büyük sevinci axtarmaqla geçirmək yerinə, kiçik sevincləri yığaraq böyük bir xoşbəxtliyin sahibi olurdun…
Səni sevirəm, çünki səninlə sonsuzadək birlikdə yaşayacaqmışam kimi hiss edirəm. Sənin də məni sevməkdən əsla bezməyəcəyini bilirəm. Hər zaman, amma hər zaman “yaxşı ki, hayatımdasan” deyə bilirəm…
Səni sevirəm, çünki ulduzları gətirirsən ovucunda. Sarı, isti günəşi sunursan mənə. Ən coşqun dənizlərin maviliyini gətirirsən. Dalğa-dalğa yayılırsan içimə…

 

Səni sevirəm çünki...


Səni sevirəm, çünki olar da bir gün, yaşadığımız bu şəhəri tərk etmək məcburiyyətində qalsaq, getdiyimiz yerdə də özümüzə aid xoşbəxt bir həyatımız olacağını bilirəm. Biz birlikdə olduqdan sonra dünyanın hər yeri cənnət… Eşqimin böyüklüyünü, sevdamın ucalığını anlatmağa çalışdım senə. Bu qədər səbəb və bu qədər sözdən sonra səni nə qədər çox sevdiyimi anlatmağı bacara bildimmi, bilmirəm. Kəlmələrlə deyilə bilməyəcək qədər dərindir sənə hiss etdiklərim. Bir də ürəyimdəki quşların səsini dinlə… Bəlkə onlar daha yaxşı söyləyər sevgimi . Bilirəm ki, sən olduğun müddətcə o quşlar heç tərk etməyəcək ürəyimi… Sevgilim, mən səni yaşayıram, səninlə yaşayıram. Çünki… Səni çox sevirəm…

 


نظرات شما عزیزان:

نام :
آدرس ایمیل:
وب سایت/بلاگ :
متن پیام:
:) :( ;) :D
;)) :X :? :P
:* =(( :O };-
:B /:) =DD :S
-) :-(( :-| :-))
نظر خصوصی

 کد را وارد نمایید:

 

 

 

عکس شما

آپلود عکس دلخواه:





درباره وبلاگ


سلام به وبلاگ ترک گروپ خوش امديد از اينكه از وب ما ديدن ميكنيد ازشما سپاسگذاريم واميدواريم لحظات خوشي را در اين وبلاگ سپري كرده باشيد و خوشتون اومده باشه دوستان عزيز نظر يادتون نره حتما درمورد عكس ها ومطالب نظر بديد به نظرات قشنگتون پاسخ داده ميشه باتشكر.
آخرین مطالب